İranda polisə “tam təlim keçmiş əcnəbilər” hücum edib

İranda polisə “tam təlim keçmiş əcnəbilər” hücum edib

İranın Sistan və Bəlucistan əyalətində polis bölməsinə hücum xarici xidmətlər tərəfindən planlaşdırılıb.

AzerTimes xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

“Sistan və Bəlucistan əyalətində polis bölməsinə hücumu törədənlərin tam təlim keçmiş xarici vətəndaşlar olduğu üzə çıxıb”, – mətbu orqanı yazıb.

Qeyd olunur ki, “Ceyş əl-Ədl” qruplaşmasının yaraqlıları Amerikanın M4 silahlarından istifadə ediblər.

Teqlər: