İranın Zahidan şəhərində 16-cı polis bölməsinə naməlum silahlı şəxslərin basqını nəticəsində bir polis zabiti öldürülüb.
AzerTimes xəbər verir ki, bu barədə Zahidan şəhərinin prokuroru Mehdi Şəms məlumat verib.
Məlumata görə, səhər saatlarında bölməyə hücum edənlərdən ikisi kamikadze olub və üzərlərində olan partlayıcı maddələri partladıblar.
Prokuror gərginliyin davam etdiyini, hadisə ilə bağlı əlavə məlumat veriləcəyini bildirib.