İranda özəl yükdaşıma şirkətlərinə xəbərdarlıq olunub, Azərbaycanın ərazi bütövlüyü qorunmalıdır – Səfir

Xəbər - Elnur Bağışov – Trend:

Qarabağa qanunsuz şəkildə yükdaşıyan İranın bəzi özəl yükdaşıma şirkətlərinə xəbərdarlıq olunub.

Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi jurnalistlərə açıqlamasında deyib.
S.A.Musəvinin sözlərinə görə, bununla əlaqədar Azərbaycan tərəfindən rəsmi şəkildə məlumatlar alındıqdan sonra addımlar atılıb.
Musəvi bildirib ki, İran şirkətlərinə tapşırılıb ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi qorunmalıdır.

Teqlər: