İranda ötən sutkada 184 nəfər koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 184 nəfər koronavirusdan (COVID-19) ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 79 568 nəfərə yüksəlib. Ölkədə ötən 24 saat ərzində 10 253 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 886 111 nəfərə çatıb. Virus daşıyıcılarından 4 383 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 2 410 252 nəfər koronavirusdan sağalıb, 19,5 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda təxminən 3,63 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3,14 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 499 min təşkil edir.