İranda ötən sutkada 134 nəfər koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 134 nəfər koronavirusdan (COVID-19) ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 83 845 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 9 758 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 167 741 nəfərə çatıb. Virus daşıyıcılarından 3 190 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 2 835 933 nəfər koronavirusdan sağalıb, 23,3 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 5,7 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4,42 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1,28 milyon təşkil edir.

Koronavirusa yoluxma üzrə 32 rayon qırmızı və 174 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 242 rayon sarı zona hesab olunur.