İranda ötən sutka koronavirusdan 665 nəfər ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 665 nəfər koronavirusdan (COVID-19) ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 104 022 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 39 983 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 4 796 377 nəfərə çatıb. Virus daşıyıcılarından 7 755 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


Koronavirusa yoluxma üzrə 359 rayon qırmızı, 59 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır.

Twitter:@BaghishovElnur