İranda ötən sutka koronavirusdan 54 nəfər ölüb

İranda ötən sutka ərzində 1 382 nəfər koronavirusa (COVID-19)
yoluxub, 54 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi
Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 139 971 nəfərə,
yoluxanların sayı isə 7 148 789 nəfərə çatıb. Virus
daşıyıcılarından 1 672 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 6 850 525 nəfər koronavirusdan sağalıb, 49,1
milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 146 milyondan çox vaksin vurulub. Birinci
mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 63,7 milyon, ikinci
mərhələ üzrə vaksinasiya olunanların sayı 56,6 milyon, üçüncü
mərhələ üzrə vaksinasiya olunanların sayı 25,8 milyon təşkil
edir.