İranda ötən sutka koronavirusdan 200-dən çox şəxs ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 10 962 nəfər koronavirusa (COVID-19)
yoluxub, 207 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi
Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 136 838 nəfərə,
yoluxanların sayı isə 7 051 429 nəfərə çatıb. Virus
daşıyıcılarından 3 952 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 6 652 188 nəfər koronavirusdan sağalıb, 47,2
milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 142 milyon vaksin vurulub. Birinci
mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 62,8 milyon, ikinci
mərhələ üzrə vaksinasiya olunanların sayı 55,5 milyon, üçüncü
mərhələ üzrə vaksinasiya olunanların sayı 23,2 milyon təşkil
edir.