İranda ötən sutka koronavirusdan 166 nəfər ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 17 212 nəfər koronavirusa yoluxub, 166 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 85 261 nəfərə, yoluxanların sayı isə 3 304 135 nəfərə çatıb.

Ölkədə ümumilikdə 6,55 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4,5 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2,05 milyon təşkil edir.

Koronavirusa yoluxma üzrə 120 rayon qırmızı və 182 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır.