İranda müəllimlər ümumölkə nümayişinə hazırlaşır

İranda müəllimlər ümumölkə nümayişinə hazırlaşır

İranlı müəllimlər mayın 9-u səhər saat 10:00-12:00 arası ölkənin bütün bölgələrində ümumi etiraz nümayişləri keçirəcəklər.

AzerTimes xəbər verir ki, bu barədə İran Təhsil İşçiləri Kordinasiya Şurası məlumat yayıb.

Nümayişlər müəllimlərin həbs edilməsi, əmək haqlarının az olması və qanunla nəzərdə tutulmuş hüquqlarının tapdalanmasına etiraz olaraq keçiriləcək.

Qeyd edək ki, 1 may İranda hökumət tərəfindən Müəllim Günü kimi elan edilsə də, müəllimlər və təhsil işçiləri 9 mayı – güneyli pedaqoq Cabbar Əsgərzadə Bağçabanın doğum gününü “Müəllim günü” kimi qeyd edir.

Teqlər: