Azərbaycan XİN Serbiyaya başsağlığı verdi

Azərbaycan XİN Serbiyaya başsağlığı verdi

Serbiyanın Belqrad şəhərində məktəbdə baş verən dəhşətli atışma xəbəri bizi çox kədərləndirdi.

AzerTimes xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Tvitter hesabında qeyd edilib.

“Həlak olanların ailələrinə, Serbiya xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralılara şəfa diləyirik”, – deyə bildirilib.

Qeyd edək ki, Serbiyanın paytaxtı Belqradda məktəbdə silahlı insident baş verib. Hadisəni məktəbdə oxuyan şagirdlərdən birinin törətdiyi bildirilir. Baş vermiş silahlı insident zamanı azı 8 şagird və məktəbin təhlükəsizlik nəzarətçisi qətlə yetirilib.

Teqlər: