İranda mikroavtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı 16-ya çatıb (FOTO)

Xəbər - Elnur Bağışov – Trend:

İranın qərbində yerləşən Kürdüstan vilayətində mikroavtobusun dərəyə aşması nəticəsində 16 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində 12 nəfər yaralanıb.

Hadisə yerinə 1 ədəd helikopter, 7 ədəd təcili yardım maşını cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Twitter:@BaghishovElnur