İranın Sistan-Bəlucistan vilayətinin inzibati mərkəzi olan Zahidan şəhərinin böyük məscidinin imamı Höctülislam Səccad Şəhraki silahlı şəxsin hücumuna məruz qalıb.
AzerTimes xəbər verir ki, bu barədə vilayətin polis idarəsinin rəisi Əhməd Tahiri məlumat verib.
Tahiri bildirib ki, imam məscidin qarşısında güllələnərək qətlə yetirilib:
“Üzləri bağlı olan 2 nəfər “Prayd” markalı avtomobillə məscidin qarşısında imamı gözləyiblər. İmam məsciddən çıxarkən başından və sinəsindən aldığı güllə yarasından yerində keçinib.
Baş vermiş hadisə ilə əlaqədar vilayətin polis idarəsi tərəfindən cinatəy işi qaldırılıb və təcili olaraq əməliyyat axtarış tədbirlərinə başlanıb.
Qeyd edək ki, sentyabrın əvvələrində Tehranın əxlaq polisi tərəfindən 22 yaşlı Məsha Əmininin baş örtüyünü düzgün örtmədiyinə görə zorakılığa məruz qalaraq ölməsindən sonra İranda kütləvi aksiyalar başlayıb. Paytaxt Tehranda etiraz edənlərin sayı azalsa da vilayətlərdə etirazlar davam edir.