Bolsonaro G20-də iştirak etməyəcək

Bolsonaro G20-də iştirak etməyəcək

Braziliya Prezidenti Jair Bolsonaro İndoneziyanın Bali şəhərində keçiriləcək G20 (Böyük İyirmilik) sammitində iştirak etməyəcək.

AzerTimes xəbər verir ki, bu barədə “Metropoles” nəşri məlumat yayıb.

Buna səbəb hazırki prezidentin bazar günü keçirilmiş seçkilərdə məğlub olmasıdır.

Belə ki, Bolsonaronun seçki yarışında Luis İnasiu Lui da Silvaya məğlub olmasından sonra G20-də Braziliyanı xarici işlər naziri Karlos Fransa təmsil edəcək.

Teqlər: