İranda mədəni fəala ağır həbs cəzası verildi

İranda mədəni fəala ağır həbs cəzası verildi

İranda Tehran İnqilab Məhkəməsi mədəni fəal Gülrux İrani barəsində qərar çıxarıb.

AzerTimes xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıblar.

“Toplaşmaq və əlbir olmaq” və “hökumətə qarşı təbliğat”da ittiham olunan mədəni fəal 7 il müddətinə azadlıqdan məhrum olunub. Onun həmçinin ölkədən çıxışına, ictimai fəaliyyətinə və Tehranda yaşamasına qadağa qoyulub.

O, haqqında irəli sürülən ittihamları rədd edərək, qərarın İranda etirazçı qadınları qorxutmaq üçün verildiyini bildirib.

Qeyd edək ki, qadınların hüquqlarını müdafiə etdiyi üçün bir neçə dəfə həbs edilən Gülrux İrani sonuncu dəfə 2022-ci ilin oktyabr ayında həbs edilib. O, hazırda Tehranın Evin həbsxanasında saxlanılır.

Teqlər: