İranda koronavirusdan ölənlərin sayı 96 mini ötüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 39 049 nəfər koronavirusa yoluxub, 568 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bununla da İranda bu virusdan ölənlərin sayı 96 215 nəfərə, yoluxanların sayı isə 4 320 266 nəfərə çatıb. Virus 7 048 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Koronavirusa yoluxma üzrə 336 rayon qırmızı, 84 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır.


Twitter:@BaghishovElnur