İranda ilk: Türk festivalı keçiriləcək

İranda ilk: Türk festivalı keçiriləcək

İranda ilk dəfə türklər yaşayan bölgələrin adət-ənənələri ilə bağlı festival keçiriləcək.

AzerTimes xəbər verir ki, bu barədə İranın mədəniyyət portalı olan “Teatr” saytı məlumat yayıb.

“İran türkdillilərinin milli-ənənəvi ritual festivalı” adlı mədəni tədbir Orfan Azad Teatr İnstitutunun himayəsi və Zəncan əyalətinin mədəniyyət qurumlarının dəstəyi ilə keçiriləcək.

30 yanvardan başlayaraq Zəncan şəhərində baş tutacaq festival iki mövzu əsasında – “Türk hekayə və lətifələrinə əsaslanan yerli-ənənəvi ritual sənətləri” və “Qədim yerli oyunları və türk ritualları” – keçiriləcək.

Teqlər: