İranda ilk rus bankının nümayəndəliyi açıldı

İranda ilk rus bankının nümayəndəliyi açıldı

Rusiyanın ikinci ən böyük bankı olan VTB Bank İranda nümayəndəliyini açıb.

AzerTimes xəbər verir ki, bu barədə İran Ticarətin İnkişafı Təşkilatının rəhbəri Mehdi Zeyğəmi məlumat verib.

“Bu, İranda birbaşa iştirakı olan ilk Rusiya bankıdır. Bankın açılması valyuta gəlirlərinin bir hissəsini trast şəbəkəsindən bank şəbəkəsinə köçürülməsində, ticarət şəffaflığının təmin edilməsində təsirli olacaq”, – Zeyğəmi bildirib.

Teqlər: