İranda hicaba görə iş yerləri bağlandı

İranda hicaba görə iş yerləri bağlandı

İranın Kaşan şəhərində 40 iş yerinin lisenziyası məcburi hicab qaydalarına riayət edilmədiyi üçün ləğv edilib.

AzerTimes xəbər verir ki, bu barədə SEPAH-ın Kaşan bölgəsi üzrə komandanı Kərim Əkbəri məlumat verib.

Bildirilib ki, bu addım İran Prezidenti İbrahim Rəisi, İran Daxili İşlər Nazirliyi və İran məhkəmə sisteminin başısının məcburi hicab qaydalarının pozulması ilə bağlı xəbərdarlıqlarından sonra həyata keçirilib.

Qeyd edək ki, İranda hicabsızlara qarşı mübarizənin yeni mərhələsi başlayıb və ali dini lider Əli Xameneinin əyalətlərdəki nümayəndələri vətəndaşları və hökumət məmurlarını məcburi hicab qaydalarına riayət etməyənlərə qarşı səfərbərliyə səsləyirlər.

Teqlər: