İranda hərbi hissədə atışma: 5 əsgər öldürüldü

İranda hərbi hissədə atışma: 5 əsgər öldürüldü

2024.01.21. 23:45

Kirman əyalətindəki hərbi hissədə çağırışçı əsgər beş əsgər yoldaşını öldürüb.

AzerTimes xəbər verir ki, bu barədə İran Ordusunun Cənub-Şərqi Regional Qərargahının komandanı briqada generalı Əmir Qulaməlian bildirib.

O deyib ki, çağırışçı hərbi mövqedə dincələn əsgərlərə atəş açıb və sonra hadisə yerindən qaçıb.

Qolaməlian atışmanın motivinin müəyyən edilməsi üçün araşdırmalara başlandığını, həmçinin çağırışçının təqibinin davam etdiyini vurğulayıb.

Teqlər: