İranda güclü zəlzələ olub, yaralılar var

Xəbər - Elnur Bağışov – Trend:

İranın şimal-şərqində yerləşən Şimali Xorasan vilayətinin Sənxast rayonunda baş verən zəlzələ nəticəsində 14 nəfər yaralanıb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının sədri Mehdi Vəlipur deyib.

M.Vəlipurun sözlərinə görə, ötən gecə yerli vaxtla 03:34 radələrində baş verən 5,5 maqnitudalı zəlzələ vilayətin 35 şəhər və kəndində müəyyən dağıntılara səbəb olub. Vilayətin Şurək kəndində 35 mənzil yararsız vəziyyətə düşüb.

O əlavə edib ki, zəlzələdən zərərçəkən şəhər və kəndlərdə əhaliyə ərzaq və digər yardımlar olunub.