İranda güclü partlayış baş verdi

İranda güclü partlayış baş verdi

İranın Yəzd əyalətinin sənaye şəhərciyində ammonyak çəninin partlaması nəticəsində güclü yanğın baş verib.

AzerTimes xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

“Yəzd vilayətinin sənaye şəhərciyində ammonyak çəninin partlaması nəticəsində böyük yanğın baş verib. Yəzd yanğınsöndürmə məntəqələrinin əksəriyyəti yanğını söndürmək üçün səfərbər edilib”, – deyə məlumatda bildirilir.

Agentlik hadisənin təfərrüatları barədə məlumat vermir.

Teqlər: