İranda davam edən etiraz aksiyalarında 70-i uşaq olmaqla 519 nəfər hökumət məmurları tərəfindən öldürülüb.
AzerTimes xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat verib.
Məlumatda 698-i tələbə olmaqla 19291 etirazçının saxlanıldığı deyilir. Həbslərdən başqa, tələbələrin universitetlərdən qovulma faktları da artıb.
Etirazçılar ümumilikdə 161 şəhərdə İranın idarəetmə sisteminə qarşı etiraz aksiyaları keçirib, 144 universitet tələbələri nümayişləri dəstəkləyib.