321-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

321-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 321-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 370 təyyarəsi, 200 helikopteri, 2866 PUA-sı, 400 zenit-raket kompleksi, 7465 tank və digər zirehli texnikası, 975 reaktiv yaylım atəş sistemi, 3802 artilleriya və minaatanı, 7992 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: