İranda daşqınlar nəticəsində 8 nəfər ölüb, 2 nəfər itkin düşüb

Xəbər - Elnur Bağışov – Trend:

Ötən 2 gün ərzində İranda daşqınlar nəticəsində 8 nəfər ölüb, 2 nəfər itkin düşüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın qırmızı Aypara Cəmiyyətinin Xilas və Yardımetmə departamentinin direktoru Mehdi Vəlipur deyib.

M.Vəlipurun sözlərinə görə, İranın Qəzvin vilayətində 6 nəfər ölüb, 2 nəfər itkin düşüb, Qərbi Azərbaycan vilayətində 1 nəfər, Mazandaran vilayətində isə bir nəfər ölüb.

O, əlavə edib ki, İranın 10 vilayətində – Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Tehran, Zəncan, Simnan, Qəzvin, Kürdüstan, Kirman, Mazandaran və Hörmüzqan vilayətlərində daşqınlar qeydə alınıb.

85 nəfərin müvəqqəti sığınacağa, 3 yaralı isə xəstəxanaya yerləşdirilib.