İranda daha bir bina uçdu: ölənlər var

İranda daha bir bina uçdu: ölənlər var

Bu gün saat 10:45 radələrində İranın Kirmanşah vilayətinin Nosud şəhərində 4 mərtəbəli bina uçub.

AzerTimes xəbər verir ki, bu barədə İranın Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat yayıb.

İlkin ehtimala görə, uçqun qaz sızması nəticəsində baş verən partlayış səbəbindən olub. İndiyədək dağıntılar altından 7 yaralı xilas edilib, 2 nəfər dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 24 mayda Abadan şəhərində Metropol binası çökmüş, nəticədə 40 nəfər ölmüşdü.

Teqlər: