Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 97 nəfər koronavirusdan (COVID 19) ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Bu barədə Trend nazirliyə istinadən məlumat verir.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 62 142 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7 506 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 830 823 nəfərə çatıb. Virus daşıyıcılarından 3 889 nəfərin vəziyyəti ağırdır.
Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 569 697 nəfər koronavirusdan sağalıb.
İranda indiyədək 12,4 milyondan çox diaqnoz testi həyata keçirilib.
İranda koronavirusa yoluxma üzrə 17 rayon qırmızı və 47 rayon narıncı mavi zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara və bu rayonlardan digər rayonlara səfər etmək qadağandır.