Azərbaycanda vaksin olunanların sayı yarım milyonu keçdi

24.03.2021-ci il tarixində Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 20,650 nəfər vaksinasiya olunub.

AzerTimes-ın məlumatına görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 502,174 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.


Teqlər: