Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 1 275 nəfər koronavirusa (COVID-19)
yoluxub, 38 nəfər ölüb.
AzerTimes-ın
məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil
Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 140 315 nəfərə,
yoluxanların sayı isə 7 167 646 nəfərə çatıb. Virus
daşıyıcılarından 1 667 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 6 886 942 nəfər koronavirusdan sağalıb, 49,5
milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda 147 milyondan çox vaksin vurulub. Birinci
mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 63,9 milyon, ikinci
mərhələ üzrə vaksinasiya olunanların sayı 56,9 milyon, üçüncü
mərhələ üzrə vaksinasiya olunanların sayı 26,2 milyon təşkil
edir.