İranda daha 357 nəfər koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 357 nəfər koronavirusdan (COVID-19) ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 89 479 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 34 951 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 758 197 nəfərə çatıb. Virus daşıyıcılarından 5 100 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 3 291 979 nəfər koronavirusdan sağalıb, 25,6 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 10,9 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 8,47 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2,49 milyon təşkil edir.