İranda daha 26 məktəbdə yüzlərlə şagird zəhərləndi

İranda daha 26 məktəbdə yüzlərlə şagird zəhərləndi

Aprelin 18-da İranda qızların təhsil aldığı 26 orta məktəbdə yüzlərlə şagird zəhərlənib.

AzerTimes xəbər verir ki, ən çox zəhərlənmə halları Tehran və Kirmanşah əyalətlərində olub.

Həmçinin, Ərdəbil şəhərinin “Baharan” və “Merac” məktəblərində də növbəti dəfə şagirdlərin zəhərlənməsi halı yaşanıb.

Xatırladaq ki, 2022-ci ilin noyabrından başlayan zəhərlənmə hadisələri çərçivəsində Ərdəbilin adı çəkilən iki orta məktəbində bu, 4-cü zəhərlənmə hadisəsidir.

Teqlər: