İranda daha 238 nəfər koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 238 nəfər koronavirusdan (COVID-19) ölüb, 14 607 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 121 347 nəfərə,

yoluxanların sayı isə 5 638 735 nəfərə çatıb. Virus daşıyıcılarından 5 727 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 5 115 796 nəfər koronavirusdan sağalıb, 32,6 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 58,7 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 41,8 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 16,9 milyon təşkil edir.