İranda daha 191 nəfər koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 12 058 nəfər koronavirusa (COVID-19)
yoluxub, 191 nəfər ölüb.

AzerTimes-ın
məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil
Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 134 798 nəfərə,
yoluxanların sayı isə 6 925 485 nəfərə çatıb. Virus
daşıyıcılarından 4 011 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 6 458 629 nəfər koronavirusdan sağalıb, 46,5
milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 139 milyondan çox vaksin vurulub. Birinci
mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 62 milyon, ikinci
mərhələ üzrə vaksinasiya olunanların sayı 55 milyon, üçüncü mərhələ
üzrə vaksinasiya olunanların sayı 22 milyon təşkil edir.