Bakı İcra Hakimiyyətində Aparat rəhbəri əvəzi təyin olunub

Xəbər - Fərid Zöhrabov – Trend:

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Aparat
rəhbəri vəzifəsini Ayaz İmaməliyevə həvalə edib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Şəhər İcra
Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, A.İmaməliyev Aparat rəhbərinin vəzifəsini icra
edəcək.

Qeyd edək ki, dünən Prezident İlham Əliyev E.Ş.Həbibullayevin
Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin
edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Elgin Şirin
oğlu Həbibullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin
başçısı təyin edilib. Elgin Həbibullayev Nərimanov Rayon İcra
Hakimiyyətinin başçısı təyin edilənədək Bakı Şəhər İcra
Hakimiyyətinin Aparat rəhbəri işləyib.

Teqlər: