Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 120 nəfər koronavirusdan (COVID-19) ölüb, 6 803 nəfər yoluxub.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 127 173 nəfərə,
yoluxanların sayı isə 5 980 260 nəfərə çatıb. Virus daşıyıcılarından 3 713 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 5 588 545 nəfər koronavirusdan sağalıb, 36,1 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 93,5 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 55 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38,4 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 150 min təşkil edir.