İranda islahatçılara yaxınlığı ilə tanınan “Cahan” qəzetinin fəaliyyəti dayandırılıb.
AzerTimes xəbər verir ki, bu barədə “Mizan” qəzeti yazıb.
Bildirilir ki, qəzetin fəaliyyəti Mətbuata Nəzarət Şurasının iclasında qadağan edilib.
Səbəb kimi həmin qəzetdə tanınmış tənqidçi və universitet müəllimi Sadiq Ziba Kəlamın öldürülən 10 yaşlı xuzistanlı Kiyan Pirfələklə bağlı yazısını dərc etməsi göstərilib.