Separatçılarla Paşinyan arasında gərginlik

Separatçılarla Paşinyan arasında gərginlik

Qarabağdakı separatçılarla İrəvan arasında gərginlik bir qədər də artıb.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, buna qondarma rejimin təhlükəsizlik şurasının katibi Vitali Balasanyanın “Aparaj” qəzetinə açıqlaması səbəb olub.

Məlumata görə, Balasanyan Paşinyanın Qarabağda demilitarizasiya olunmuş zona haqqında son açıqlamalarını rədd edib. O, separatçı-terrorçu rejimin Paşinyana belə bir təklif etmədiyini, həmçinin separatçıların öz hərbi dəstələrindən imtina etmək fikrində olmadığını bildirib.

Qeyd edək ki, Paşinyan noyabrın 10-da hökumətin iclasında Qarabağdan (Azərbaycanın rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazisində yaşayan erməni separatçılarından – red.) hərbi dəstələrlə bağlı təklif aldığını bildirmişdi. O, Soçi görüşündə separatçıların təklif etdiyi demilitarizasiya zonasının yaradılmasını irəli sürdüyünü və yalnız bunun əsasında bölgədəki ordunun miqyasının azaldılacağını demişdi.

Teqlər: