Beynəlxalq Amnistiya Təşkilatı bu gün İranın Sistan-Bəlucistan əyalətində keçiriləcək nümayişlərlə bağlı xəbərdarlıq edib.
AzerTimes xəbər verir ki, bu barədə təşkilatın yaydığı məlumatda qeyd olunub.
Qurum etirazlar zamanı uşaqlar da daxil olmaqla, çoxlu sayda insanın ölə biləcəyini bildirib və beynəlxalq ictimaiyyəti təcili tədbirlər görməyə çağırıb.
Bəyanatda son etirazlar zamanı etnik bəlucların daha çox zülmə və repressiyalara məruz qaldığı vurğulanıb.
Təşkilat 4 noyabrda Sistan-Bəlucistanın Xaş şəhərində cümə namazından sonra dinc nümayişlərin amansız şəkildə yatırılması nəticəsində iki uşaq da daxil olmaqla, ən azı 18 etirazçının öldürüldüyünü, onlarla insanın yaralandığını xatırladıb.