İranda bir gündə 11 məhkum edam edildi

İranda bir gündə 11 məhkum edam edildi

İranın Bircənd, Kaşan, Qorqan və Həmədan şəhərlərinin həbsxanalarında 11 məhkum edam edilib.

AzerTimes xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatları məlumat yayıb.

Bildirilib ki, 3-ü qadın olan məhkumların hamısı narkotik maddələrin alverində günahlandırılıblar.

Qeyd edək ki, cari ildə İran həbsxanalarında 20-i qadın olmaqla, 800-dən çox məhkum edam edilib.

Onlardan 746-nın kimliyini dəqiqləşdirmək mümkün olub.

Teqlər: