İranda avtobus aşdı: 3 ölü, 16 yaralı

İranda avtobus aşdı: 3 ölü, 16 yaralı

İranın şimal-qərbindəki Zəncan əyalətində içərisində sərnişinlər olan avtobus aşıb.

AzerTimes xəbər verir ki, hadisə Zəncan-Təbriz yolunun 30-cu kilometrliyində baş verib.

Qeyd olunub ki, qəza nəticəsində 3 nəfər ölüb, 16 nəfər yaralanıb.

İlkin versiyaya görə, hadisə sürücünün yorğunluğu və yuxulu olması səbəbindən baş verib.

Teqlər: