İranda 9 məhkum edam edildi

İranda 9 məhkum edam edildi

Son 3 gün ərzində İranın Kərəc, Qəzvin və Rəşt şəhərlərində daha 9 məhkum edam edilib.

AzerTimes xəbər verir ki, bu barədə İnsan haqları müdafiəçiləri məlumat yayıb.

Bildirilir ki, narkotik maddələrin alveri və adam öldürməkdə ittiham olunan məhkumların edam cəzaları dekabrın 15 və 16-da adı çəkilən şəhərlərin həbsxanalarnda icra olunub.

Yusif Mirzabeygi, Həsən Əmini, Əmir Abbasi və Rza Tacik adlı məhkumların kimliyi dəqiqləşdirilsə də, edam olunan digər 5 məhkumun kimliyinin müəyyənləşdirilməsi mümkün olmayıb.

İran məhkəmə sistemi və mediası edamlar barədə hər hansı məlumat yaymayıb.

Teqlər: