İranda 5,5 bal gücündə zəlzələ olub

Xəbər - Elnur Bağışov – Trend:

Bu gün yerli vaxtla 12:06-da İranın cənub-şərqində yerləşən
Sistan və Bəluçestan vilayətinin Zahidan rayonunda 5,5 bal gücündə
zəlzələ qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Tehran Universiteti
Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.

Zəlzələ 16 km dərinlikdə qeydə alınıb.

Ehtimal olunan dağıntı və insan itkisi haqqında məlumat
verilməyib.