İranda 4 əsgər yanaraq öldü

İranda 4 əsgər yanaraq öldü

İranda təlimdən qayıdan hərbçilər qəzaya düşüb.

AzerTimes xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, Xuzistan vilayətinin Ramhörmüz rayonu yolunda “Samand” markalı avtomobil idarəetməni itirərək aşıb. Avtomobil aşdıqdan dərhal sonra yanmağa başlayıb. Avtomobildə olan 5 nəfər ölüb. Ölənlərin 4-ü hərbçi olub.

İlkin məlumata görə, qəzaya səbəb sürücünün sükan arxasında yuxulaması olub.

Teqlər: