İranda 18 yaşlı gənc həbsxanada öldürüldü

İranda 18 yaşlı gənc həbsxanada öldürüldü

İsfahan əyalətinin Şəhrza şəhərində spirtli içki qəbul etdiyinə görə həbs edilən 18 yaşlı gənc Arin Qurbanişünas öldürülüb.

AzerTimes xəbər verir ki, bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb.

Bildirilib ki, gəncin heç bir xəstəliyi olmayıb. O, həbsxanaya aparıldıqdan iki gün sonra xəstəxanaya köçürülüb, bir gün sonra isə həyatını itirib.

İnsan haqları müdafiəçiləri Arin Qurbanişünasın həbsxanada döyüldüyünü iddia ediblər. Gənc aldığı xəsarətlər nəticəsində həyatını itirib.

Teqlər: