İranda 17 mərtəbəli yaşayış binası yanıb (FOTO/VİDEO)

Xəbər - Elnur Bağışov – Trend:

İranın şimalında yerləşən Mazandaran vilayətinin Çalus rayonunda 17 mərtəbəli yaşayış binası tamamilə yanıb.

AzerTimes-ın məlumatına görə, bu barədə İran mediası məlumat yayıb.

Binanın 14-cü mərtəbəsindən başlayan yanğın digər mərtəbələrə də yayılıb və yağışın yağmasına baxmayaraq, alovu söndürmək mümkün olmayıb.

Binanın sakinləri tamamilə təxliyə edilib.

Teqlər: