İran Zəngəzurda festival keçirəcək

İran Zəngəzurda festival keçirəcək

Avqustun 10 və 11-də Zəngəzurda Ermənistan-İran mədəniyyət və kulinariya festivalı keçiriləcək.

AzerTimes xəbər verir ki, bunu Ermənistan Turizm Federasiyasının rəhbəri Mexak Apresyan deyib.

Onun sözlərinə görə, festival “Turizmin inkişafına yardım” proqramı çərçivəsində keçiriləcək:

“Dəstəyi həmçinin Turizm Komitəsi, Zəngəzur vilayətinin administrasiyası, eləcə də Qarakilsə icması verəcək. İranın Ermənistandakı səfirliyi və İslam Respublikasının digər məsul idarələri də fəal iştirak edəcəklər. Festival iki ölkənin yeni post-COVİD reallıqlarında mövqelərini gücləndirmək məqsədi daşıyır. Biz yeni mövqelər tutmalıyıq, genişlənməliyik. Bu proseslərdə daha rəqabətli mövqedən iştirak etməliyik”.

Teqlər: