İran növbəti həftə 150 km-ə qədər mənzilə malik yeni “Arman” raket əleyhinə kompleksinin təqdimatını keçirəcək.
AzerTimes xəbər verir ki, bunu İran müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani deyib.
“Gələn həftə “Arman” zenit-raket kompleksinin təqdimatı keçiriləcək. Böyük imkanlara malik olan bu raket bir neçə sistemin birləşməsindən ibarət əməliyyat sisteminə malikdir”, – deyə general bildirib.
O qeyd edib ki, bu raket əleyhinə sistem 150 km-ə qədər məsafədə hədəfləri vura bilir və yüksək əməliyyat sürətinə malikdir, ona görə də ölkənin müdafiəsində mütləq mühüm rol oynayacaq.