İran yeni nüvə reaktorunun tikintisinə başladı

İran yeni nüvə reaktorunun tikintisinə başladı

İran İsfahan şəhərində yeni – 10 meqavatlıq tədqiqat nüvə reaktorunun tikintisinə başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Qeyd edilir ki, İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd İslaminin iştirakı ilə reaktorun tikintisi layihəsinin açılış mərasimi keçirilib.

Məlumata görə, reaktorun layihələndirilməsi və tikintisi sırf iranlı mütəxəssislər tərəfindən həyata keçirilir.

Teqlər: