İran XİN rəhbərinin Azərbaycana səfər proqramı açıqlanıb

Xəbər - Elnur Bağışov – Trend:

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Azərbaycana səfəri başlayıb.

AzerTimes-ın məlumatına görə, bunu İran XİN-in mətbuat katibi Səid Xətibzadə deyib.

S.Xətibzadənin sözlərinə görə, səfər çərçivəsində iranlı nazir Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşərək danışıqlar aparacaq.

Qeyd edək ki, nazirin səfəri çərçivəsində ikitərəfli münasibətlərin inkişaf etdirilməsi yolları, həmçinin regional proseslər haqda fikir mübadiləsi aparılacaq.

Teqlər: