İran XİN Azərbaycanı Zəfər günü münasibətilə təbrik edib

Xəbər - Elnur Bağışov – Trend:

İran Azərbaycanı qələbəsinin birinci ildönümü münasibətilə təbrik edir.

AzerTimes-ın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat konfransında deyib.

S.Xətibzadənin sözlərinə görə, İran ötən 30 ildə həmişə Azərbaycanın ərazisinin işğalına qarşı olub və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: “Ötən il də İran Azərbaycan ərazisinin işğaldan azad olunmasından sonra Azərbaycan dövləti və xalqını təbrik etdi. İki ölkə rəhbərlərinin iradəsi münasibətlərin inkişaf etdirilməsidir. Ümid edirik ki, iki ölkə arasında münasibətlər daha da inkişaf edəcək”.

Teqlər: